Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (AZİ) birgə təşkilatçılığı ilə keçiriləcək.
NASCO XXVIII, doktorantların və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq və gənc alimlərin inkişafı məqsədi ilə hər il keçirilən nüfuzlu tədbirdir. 2025-ci ilin dekabr ayının 16-17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyində keçiriləcək bu konfransda ölkənin müxtəlif universitet və tədqiqat mərkəzlərində tədqiqat aparan doktorantlar və gənc alimlər, habelə xaricdə tədqiqat aparan azərbaycanlı doktorant və gənc tədqiqatçılar öz elmi tədqiqatlarını təqdim edəcəklər. Konfransın əsas məqsədi elmi mübadiləni təşviq etmək, gənc tədqiqatçıların peşəkar inkişafına dəstək vermək və müxtəlif elmi istiqamətlərdə yeni ideyaların müzakirəsi üçün platforma yaratmaqdır.
Ətraflı məlumatBMT-nin müəyyən etdiyi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) müasir dövrün ən aktual qlobal çağırışlarını əhatə edən geniş çərçivəli təşəbbüsdür. NASCO XXVIII çərçivəsində keçiriləcək müzakirələrin və təqdim olunacaq tədqiqatların bu məqsədlərlə uyğunluğunu təmin etmək, elmin cəmiyyətə və davamlı inkişafa töhfəsini artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən, konfransa təqdim ediləcək hər bir elmi məqalə üçün müəlliflərdən tədqiqat işlərinin bir və ya bir neçə Dayanıqlı İnkişaf Məqsədi ilə uyğunluğunu müəllif tərəfindən göstərilməsi nəzərdə tutulur. Bu yanaşma tədqiqatın praktik dəyərini önə çıxarır və gənc alimlərin qlobal problemlərin həllinə töhfə verməsinə şərait yaradır.
Ətraflı məlumat15.06.2025-10.10.2025
25.10.2025
20.10.2025
15.06.2025-01.11.2025
15.11.2025
16-17 dekabr 2025